Bayden Səudiyyəni alqışladı: İsraildən Ciddəyə uçan ilk ABŞ prezidenti oldum
Ağ Ev cümə günü bəyanat yayaraq, Səudiyyə Ərəbistanının öz hava məkanını bütün mülki təyyarələr üçün, o cümlədən İsrail təyyarələrinə açmaq qərarını "tarixi" qərar və "Orta Şərqdə daha inteqrasiya olunmuş və sabit bir region yaratmaq yolunda mühüm addım" adlandırıb.
"İnterPosta" bu barədə Ağ Evin saytına istinadən xəbər verir.
Co Baydenin bəyanatında deyilir:
"Bu açılış çoxdan müzakirə edilsə də, indi mənim administrasiyam və Səudiyyə Ərəbistanı arasında aylarla davam edən diplomatiya sayəsində nəhayət reallığa çevrildi. Bu gün İsraildən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçan ilk ABŞ prezidenti olmuşam”. tərcümə:qaynarinfo.az
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



