Interposta.Info

BMT: Milyonlarla insanı nəfəs kəsən yoxsulluq gözləyir

Dünya
 7-07-2022, 22:10     202

Qlobal yaşayış dəyəri böhranı dünyanın ən yoxsul ölkələrində əlavə 71 milyon insanı həddindən artıq yoxsulluğa sövq edir.

Qaynarinfo"Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının cümə axşamı dərc etdiyi yeni hesabatında deyilir.

İnkişaf Proqramının administratoru Açim Steyner bildirib ki, 159 inkişaf etməkdə olan ölkədə aparılan təhlillər göstərir ki, bu il əsas əmtəə qiymətlərindəki artım artıq Sahara Afrikası, Balkanlar, Asiya və başqa yerləri vurub. O, ən həssas təbəqələrə birbaşa nağd ödənişlər etməyi təklif edir və daha zəngin ölkələrin Borc Xidmətinin Dayandırılması Təşəbbüsünü (DSSI) genişləndirməsini istəyir.

"Bu yaşayış dəyəri böhranı milyonlarla insanı nəfəs kəsən sürətlə yoxsulluğa və hətta aclığa sürükləyir. Bununla sosial narazılığın artması təhlükəsi günü-gündən artır”,- Steyner deyib.

Hesabatda deyilir:"Biz hazırkı yaşayış dəyəri böhranının gündə 1,90 dollarla 51 milyondan çox insanı həddindən artıq yoxsulluğa və gündə 3,20 dollarla daha 20 milyon insanı kasıblığa sövq edə biləcəyini proqnozlaşdırırıq”. Hesabat bunun qlobal miqyasda ümumi 1,7 milyard insana çatacağını təxmin edir.

Bildirilir ki, hökumətlər tərəfindən nağd pul köçürmələri enerji və ərzaq qiymətlərinə verilən subsidiyalardan daha "ədalətli və qənaətcil” olardı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26