Interposta.Info

BMT: Suriyada müharibə dövründə 306 mindən artıq mülki şəxs ölüb

Dünya
 28-06-2022, 20:59     211

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Suriyada iğtişaşların başladığı və sonradan vətəndaş müharibəsinə çevrildiyi 2011-ci ildən bəri 306 min 887 mülki şəxsin həlak olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Suriyaya dair hesabatında bu ölkədə irimiqyaslı hərbi əməliyyatların səngiməsinə baxmayaraq, dinc sakinlərin arasında ölüm hallarının davam etdiyi bildirilib. M.Baçelet qeyd edib ki, müharibənin ağır fəsadları nəticəsində milyonlarla suriyalı humanitar fəlakətlə üz-üzə qalıb. O əlavə edib ki, Suriyada mülki şəxslər arasında səhiyyə xidmətinin və təmiz suyun olmamasından həyatını itirənlərin sayı artıb.

Hesabatda qeyd olunub ki, müharibədə ölən mülki şəxslərin 35 faizi müxtəlif silahların, 23,3 faizi isə ağır artilleriya və bombardmanların qurbanı olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26