Interposta.Info

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yeni SİYAHI + FOTO

Dünya
 13-06-2022, 11:56     294

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 32 300 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1432 tankı, 3492 zirehli döyüş maşını, 718 artilleriya sistemi, 226 reaktiv yaylım atəşi sistemi, 97 HHM sistemi, 213 təyyarəsi, 178 helikopteri, 2460 avtomobil texnikası, 13 gəmisi, 585 kəşfiyyat PUA-sı, 54 xüsusi texnikası, 125 qanadlı raketi məhv edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26