Interposta.Info

Astroloqdan Putinin taleyi və Rusiyada hakimiyyət dəyişikliyi haqda PROQNOZ

Dünya
 8-06-2022, 11:20     254

Rusiya hakimiyyət dəyişikliyini gözləməlidir. Astroloq Vlad Rossun sözlərinə görə, bu, çox mühüm tutulmalar zamanı baş verəcək: ya aprelin 20-də (Hitlerin doğum günü), ya da mayın 5-də (Karl Marksın doğum günü).

Konkret.az xəbər verir ki, bu barədə informasiya “glavred.info” saytında yer alıb.

“Bu tarixlərə qədər artıq sülh və əmin-amanlıq bərqərar olacaq. Ona görə də bir az səbr etmək lazımdır. Bu vaxtadək Vladimir Putin artıq Rusiya Federasiyasında hakimiyyətdə olmayacaq. Çox güman ki, o, ölmüş olacaq. Devrilmə simvolu Saturn 2023-cü ilin yanvar-fevral aylarında güc simvolu olan Yupiterin üstündən keçəcək”, – astroloq “Qlavred”ə bildirib.

Astroloqun fikrincə, 16-21 iyulda Putinin ulduz falı üçün əlverişsiz olacaq.

“Sui-qəsdlərin simvolu olan Neptun Saturna elə şərait yaradacaq ki, Putin öz postundan devriləcək və rejimi çökəcək. Üstəlik, iyulun 16-da Rusiya falında hakimiyyətin evinə Mars daxil olacaq. Bu, qətlin mümkünlüyünə bir işarədir”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, iyulun ortaları Putini devirmək üçün ən çox ehtimal olunan vaxtdır.

“Hətta onun ölümü də mümkündür. Bir sözlə, Putinə qarşı sui-qəsd yetişə bilər və “bunker siçovulu” məhv olacaq”, – Ross vurğulayıb.

Astroloq Vlad Ross bildirib ki, 2022-ci ilin iyun ayı çox sakit keçəcək və xeyirxah bir ay olacaq.

Eyni zamanda astroloq şiddətli döyüşlərin olacağı xəbərdarlığını edib. Onun proqnozuna görə, Ukraynada müharibə iyunda bitməyəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26