Interposta.Info

Baydenin Putinə açıq hücumunun səbəbi (ŞƏRH)

Siyasət
 18-03-2021, 16:58     193

"Baydenin Putinə "qatil" deməsinin ABŞ-ın yeni adminstrasiyasının sərt Rusiya siyasəti ilə yanaşı, Rusiyada hakimiyyət dəyişikliyi ilə də çox yaxın əlaqəsi var. Anlaşılan budur ki, Amerikan kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinin səhhətində böyük problemlər olduğuna dair ciddi sübutlar əldə edib”.

"İnterPosta"xəbər verir ki, bu sözləri analitik Nazim Cəfərsoy bildirib. Onun fikrincə, Rusiyada hakimiyyət dəyişikliyi olacağı barədə deyilənlər reallığı əks etdirir:


"Görünür, ABŞ adminstrasiyası Putinin qısa müddət sonra hakimiyyəti başqa birinə öturəcəyi barədə iddiaları çox ciddiyə almağa başlayıb. (Bu iddialar onsuz da xeyli müddətdir gündəmdədir, Rus teleqram kanalları bu barədə iddiaları son günlərdə xüsusilə tez-tez səsləndirirlər.) Yəqin ona görə də Bayden həm Putinə rahat hücum edir, həm də Putin sonrası hakimiyyət mübarizəsinin taleyinə təzyiq yolu ilə (yəni "ey yeni gələn, Putin kimi olma" mesajı verərək) təsir göstərmək istəyir. Ancaq Rusiya reallığında bu təzyiqin tərs effekt vermek ehtimalı hər zaman güclü olub”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26