Interposta.Info

Ukraynada məhv edilən Rusiya TANKLARININ SAYI - ŞOK RƏQƏM

Dünya
 27-05-2022, 09:07     282


Ukraynadakı müharibə zamanı rus qoşunları minə yaxın tankını və 350-dən çox artilleriya sistemini, həmçinin üçə yaxın bombardmançı təyyarəsini və 50-dən çox helikopterini itirib.

Publika.az xəbər verir ki, bu barədə CNN Pentaqon rəsmisinə istinadla məlumat yayıb.

Lakin bütün bu itkilərə baxmayaraq, ABŞ rusların hələ də böyük imkanlara malik olduğuna inanır.

"Onlar bu döyüşə çoxlu texnika və ordu yatırıblar. Həm ukraynalılar əziyyət çəkdi, həm də ruslar itki verdi", - amerikalı rəsmi bildirib.

Onun sözlərinə görə, rusların resurslar baxımından üstünlüyü var - insan və hərbi-texnika:

“Rusların bu döyüşdə istifadə edə biləcəkləri vasitələrin sayı, insanlar, texnika və silahlar baxımından burada üstünlüyü var və biz sadəcə bunu nəzərə almalıyıq”.

"Aprelin 26-na olan məlumata görə, Rusiya müharibədə 1315 tank, 617 artilleriya sistemi, 206 təyyarə və 170 helikopter itirib, - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahın məlumatında deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26