Interposta.Info

Moldovanın eks-prezidenti Dodon saxlanılıb, yoxsa yox?

Dünya
 24-05-2022, 12:38     261


Moldova Baş Prokurorluğu eks-prezident İqor Dodonun saxlanılması ilə bağlı yayılmış xəbərə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun rəsmi nümayəndəsi Mariana Kerpek açıqlama verib. “Dodonun saxlanılması barədə xəbəri təsdiq edə bilmərəm. Yaxın vaxtlarda rəsmi məlumatla çıxış edəcəyik”, - o deyib.

Qeyd edək ki, bundan əvvəl “İnterfaks“ agentliyi Mariana Kerpekə istinadən İqor Dodonun 72 saat müddətinə saxlanıldığı barədə məlumat yayıb.

Xəbər verilir ki, Rusiyayönümlü siyasətçi korrupsiya və vətənə xəyanət daxil olmaqla, bir sıra cinayətlərdə şübhəli bilinir.

Onun evində axtarış aparıldığı da bildirilir.

Hazırda Moldovada olan azərbaycanlı jurnalist Eynulla Fətullayev də sosial şəbəkədəki səhifəsində eks-prezidentin saxlandığı barədə status yazıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26