Interposta.Info

Putin prezidentə elə bir hədiyyə verdi ki... -

Dünya
 18-01-2017, 11:30     602

Putin prezidentə elə bir hədiyyə verdi ki... -

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Moldova Prezidenti İqor Dodona XVIII əsrə aid xəritə verib.

Bunu jurnalistlərə açıqlamasında İqor Dodonun özü söyləyib. Putinin verdiyi xəritə italiyalı Bartolomeo Bogiyə aid olub. Bu xəritədə rus-türk müharibələrindən sonra Moldova knyazlığının ərazisi əks olunub. Maraqlı məqam odur ki, Borginin xəritəsində knyazlığın tərkibində Rumıniya və Ukraynanın Odessa ərazisi də yer alıb.

Dodon isə öz növbəsində Putinə I Pyotr və Moldova knyazı Dmitri Qantemirin bir yerdə olduğu miniatür heykəli təqdim edib./axar.az

Qeyd edək ki, Dodon rusiyayönlü siyasətçidir. O, Moldovanın Avropa Birliyi yox, Avrasiya İttifaqı yönündə inteqrasiyasını istəyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26