Ukrayna səfəri Portuqaliya baş nazirini ŞOKA SALDI FOTO
Portuqaliyanın baş naziri Antonio Kosta ukraynalı həmkarı Denis Şmıqalın dəvəti ilə Ukraynaya gəlib və İrpinə baş çəkib.
Lent.az xəbər verir ki, Kosta səfəri barədə Twitter-də paylaşım edib.
Baş nazir İrpen səfərini "unutmayacağını" deyib:
"Məhv və zorakılığın səviyyəsi tamamilə dağıdıcıdır. Mən qəddar, özbaşına və əsassız hücumların şahidi oldum. Müharibə həmişə günahsız insanlara toxunur. Burada insanlar, işini, evini, - hər şeyini tərk edərək canlarını qurtarmağa çalışıblar. Ən çox mülki şəxslərə qarşı zorakılıq məni heyrətləndirir”.
Portuqaliya hökumətinin başçısı bildirib ki, səfəri Ukrayna xalqı ilə həmrəylik xarakteri daşıyır.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




