Interposta.Info

Kosta oynamayacaq

İdman
 5-05-2018, 20:03     10 551

"Atletiko"nun futbolçusu Dieqo Kosta La Liqanın 36-cı turunda "Espanyol"la oyunu buraxacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hücumçunun adı sözügedən matç üçün heyətə daxil edilməyib. Bunun səbəbi barədə məlumat verilməyib.

Xatırladaq ki, D.Kosta Avropa Liqasının yarımfinalında "Arsenal"la cavab görüşündə əvəzləməyini xahiş etmişdi.

Qeyd edək ki, "Atletiko" - "Espanyol" oyunu sabah keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26