Interposta.Info

İsrail ordusundan ŞOK ADDIM - Bennet açıqlama verdi: “Savaş istəmirik, amma…”

 

Dünya
 11-05-2022, 15:26     221

İsrail Baş naziri Naftali Bennet ölkəsinin müharibə istəmədiyini, amma istənilən ssenariyə hazır olduğunu bildirib.

Bennett və müdafiə naziri Benni Qantz ölkə tarixinin ən uzun – bir ay davam edən hərbi təlimlərini incələyib.

Təlimlə bağlı çıxış edən Bennet deyib:

“Müharibə arxasınca qaçmırıq, amma istənilən ssenariyə hazırıq. Düşmən bilir ki, bizi qarşıdurmaya sürükləsə, dözülməz dərəcədə ağır bədəl ödəyəcək”.

Qantz da İsrailin təhlükəsizliyinin ordunun gücündən asılı olduğunu söyləyib.

İsrail ordusu dünən ölkə tarixindəki ən uzun hərbi manevrlərdən biri olan “Alovlu Maşınlar” təliminə başladığını və hərbi məşqlərin bir ay davam edəcəyini açıqlayıb./teleqraf.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26