Interposta.Info

ABŞ Rusiyanın “Kaspersky” anti-virus proqramı ilə bağlı qərar verdi

Dünya
 10-05-2022, 20:08     181

Bayden administrasiyasi Rusiyanın anti-virus proqram istehsalçısı "Kaspersky” şirkətində təhlükəsizlik yoxlamalarını sürətləndirəcək.

Qaynarinfo bu barədə "Reuters” xəbər agentliyinin anonim mənbələrinə istinadla xəbər verir.

Araşdırma işi keçən il Ədliyyə departamentindən Ticarət departamentinə verilib. Ancaq Ticarət departametində məsələ ilə bağlı irəliləyiş olmadığından Ağ Evdən onlara prosesi sürətləndirmək əmri gəlib.

Amerika narahatdır ki, Kreml kompüter sistemlərinə özəl çıxışı olan antivirus proqramlarından Amerikadakı komputerlərdən gizli məlumatları oğurlamaq və ya onlara müdaxilə etmək üçün istifadə edə bilər.

Xüsusilə narahatlıq doğuran məsələ isə proqramın federal podratçılar və elektrik şəbəkləri kimi vacib əhəmiyyətli ABŞ infrastrukturu operatorlarına çıxışının olmasıdır.

Artıq nəzarət orqanları Federal hökümətə "Kaspersky” istifadəsini qadağan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26