Interposta.Info

Tramp “Twitter”ə qarşı daha bir məhkəməni uduzub

Dünya
 7-05-2022, 15:42     244

ABŞ məhkəməsi keçmiş prezident Donald Trampın “Twitter”ə qarşı onun sosial platformadan kənarlaşdırlması ilə bağlı iddiasını rədd edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, San-Fransisko şəhərinin dairə məhkəməsinin hakimi Ceyms Donato keçmiş prezidentin ABŞ konstitusiyasının 1-ci düzəlişi ilə ona verilən söz azadlığının pozulması barədə arqumentlərini qəbul etməyib.

Qeyd etmək lazımdır ki. Twitter və digər sosial şəbəkələr Donald Trampa öz xidmətlərindən istifadə etməyi yasaqlayıb. Buna əsas səbəb 2021-ci iln yanvar ayında Tramp tərəfdarlarının məhz onun qızışdırması əticəsində ABŞ Konqres binasına hücum etməsi olub.

Xatırladaq ki, Tvitter sosial şəbəkəsinin rəhbərliyi bu yaxınlarda platformanın 44 milyard dollara ABŞ milyarderi İlon Maska satılması haqqında qərar qəbul edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26