Interposta.Info

ABŞ ordusu ən böyük helikopteri aldı - VİDEO

Dünya
 29-04-2022, 09:26     279

ABŞ ordusu “Sikorsky CH-53K King Stallion” ağır nəqliyyat helikopterinin istismarına başlayıb. ABŞ Dəniz Piyadaları Korpusu (MCC) ABŞ arsenalında ən böyük təkrotorlu helikopter olan “CH-53K”nı əldə edib. Bu barədə “The Drive” məlumat yayıb.

Dəniz Piyadaları Korpusunun aviasiya üzrə komendant müavini, general-leytenant Mark Uayz bildirib ki, “CH-53K King Stallion” 461-ci Ağır Helikopter Eskadronu tərəfindən qəbul edilib. “CH-53K” ilkin istismar hazırlıq dərəcəsindədir. Bu helikopter “CH-53E Super Stallion”u əvəz etmək üçün nəzərdə tutulub. “CH-53K”nın ilk uçuşu 2015-ci ildə baş tutub. Helikopter üç “General Electric GE38-1B” mühərriki olan bir enerji mənbəyi ilə təchiz olunub. “King Stallion” 12 min kiloqramdan çox çəkisi olan yükləri daşıya bilir. “CH-53K”nın maksimal uçuş məsafəsi 865 kilometrdir.

Aprel ayında “Sikorsky” şirkətindən qabaqcıl “Raider X” hücum helikopterinin 85 faiz hazır olduğu bildirilmişdi.

Həmin ayın əvvəlində ABŞ təkmilləşdirilmiş “UH-60V Black Hawk” helikopterini sertifikatlaşdırdı.

Mart ayında Amerikanın “UH-60” təyyarəsi ilk dəfə tam pilotsuz rejimdə uçdu. Helikopter “Sikorsky MATRIX” sistemi ilə təchiz olunub./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26