Interposta.Info

Xəzərdə iranlı dənizçi itkin düşdü - FHN 2 gəmi və helikopter göndərildi

Müxtəlif
 26-02-2018, 14:50     10 480

Ötən gün axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən "TARADİS” yük gəmisinin (Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində olarkən) 1 nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.

interposta.info FHN-nin saytına istinadən xəbər verir ki, məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb. Fevralın 26-da səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26