Interposta.Info

İran gəmisində xilas edilən 9 nəfər Bakıya gətirilib- Foto

Ölkə
 26-07-2019, 23:36     10 318

Xəzərdə batan İran gəmisinin xilas edilən ekipajı Bakıya gətirilir.

"Report"un əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən xilas edilən "Şəbahəng” quru-yük gəmisinin 9 nəfərdən ibarət ekipajı saat 22 radələrində Bakıya çatacaq.

Xatırladaq ki, bu gün saat 14:15-də DSX-nin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

***

Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib.

APA-nın məlumatına görə heyət üzvləri Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisi ilə Bakı Limanına gətirilib.

İnterPosta.info

İran gəmisində xilas edilən 9 nəfər Bakıya gətirilib- Foto
İran gəmisində xilas edilən 9 nəfər Bakıya gətirilib- Foto
İran gəmisində xilas edilən 9 nəfər Bakıya gətirilib- Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26