Interposta.Info

2 balıqçı ölümdən xilas edildi - VİDEO

Ölkə
 1-07-2017, 20:02     514

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisi həyatları təhlükə altında olan balıqçılar Xəzər rayon Türkan qəsəbə sakinləri 40 yaşlı Seyfulla Quliyev və 43 yaşlı Xeyrulla Quliyevi xilas edib.

ARB TV xəbər verir ki, xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.

Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə 29 iyun 2017-ci il tarixdə, saat 13:30 radələrində məlumat verilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26