Interposta.Info

Türkiyə sahillərində miqrant qayığı batıb, ölənlər var

 

Dünya
 29-12-2021, 09:24     296

Türkiyənin Urla rayonunda, Sığacık körfəzi sahillərində, quruya yaxın ərazidə içərisində 26 miqrantın olduğu qayıq batıb.

Bu barədə Sahil Mühafizə Komandanlığının rəsmi saytı açıqlama yayıb.

Məlumata görə, üzərək sahilə çıxan 2 miqrant Sahil Mühafizə Komandanlığına məlumat verərək kömək istəyib. Bundan sonra ərziyə sahil mühafizə təyyarəsi, helikopter, 2 kater və dalğıc qrupu göndərilib. Sahil Mühafizəsi Xidməti əməkdaşlarının səyləri nəticəsində miqrantlar xilas ediliblər.

DHA-nın xəbərinə görə, ümumilikdə 24 miqrant salamat xilas edilib, 2 nəfərin meyiti tapılıb. Həyatını itirən miqrantın meyitləri Səfərihisar Dövlət Xəstəxanasına aparılıb.

Xilas edilən miqrantların sağlamlıqları müayinə edildikdən sonra onlar Miqrasiya İdarəsinə göndəriliblər./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26