Interposta.Info

Liviya sahillərində Türkiyəyə məxsus gəmi batıb,

Dünya
 17-03-2017, 07:20     480

Liviya sahillərində Türkiyəyə məxsus gəmi batıb,

Aralıq dənizinin Liviya sahillərində Türkiyəyə məxsus yük gəmisi batıb.

APA-nın “The Libya Observer” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 8 dənizçi boğularaq ölüb, 5 nəfəri xilas etmək mümkün olub. Ekipaj üzvlərinin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Liviya Sahil Mühafizə Xidmətinin məlumatına görə, insident Misrata limanı yaxınlığında qasırğa zamanı baş verib. Gəmi mərmər plitələr daşıyırmış. İnsidentin təfərrüatları müəyyənləşdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26