Interposta.Info

“Sizi aldadıblar, cənab Baş katib”- Putin

Dünya
 27-04-2022, 11:26     244

“Fəaliyyətsiz humanitar dəhlizlər barədə sizi aldadıblar. Dəhlizlər işləyir”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə bildirib.

"Deyirsiniz ki, Rusiyanın humanitar dəhlizləri işləmir. Cənab Baş katib, sizi aldadıblar. Bu humanitar dəhlizlər fəaliyyət göstərir. 100 mindən çox insan bizim yardımımızla Mariupoldan getdi, 130 və ya 140 min insan getdi və onlar hara istəsələr, gedə bilərlər.

Kimsə Rusiyaya, kimsə Ukraynada harasa getmək istəsə, biz onları saxlamırıq, hər cür yardım və dəstəyi veririk. Eyni şeyi mülki şəxslər də edə bilər, əgər “Azovstal” ərazisindədirlərsə - onlar çıxa bilər. Bu qədər. Bu insanlara sivil münasibətin nümunəsi göz qabağındadır. Siz həmin insanlarla danışa bilərsiniz””, - Putin söyləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26