Interposta.Info

Rusiya daha bir gəmisini itirdi: 5 aydan az xidmət etmişdi

Dünya
 25-04-2022, 14:36     266

Rusiya 5 aydan az xidmət etmiş daha bir gəmisini itirib. "Rəsul Qəmzətov” patrul gəmisi Azov dənizinə keçid zamanı zədələnib.

"İnterPosta"xəbər verir ki, bu barədə "Defense Express” məlumat yayıb.

Təcavüzkar ölkə Rusiya Federasiyası FTX Sərhəd Mühafizə Xidmətinin Sahil Mühafizəsinə məxsus daha bir gəmini absurd şəkildə itirib. 22460 layihəli "Rəsul Qəmzətov” gəmisini tezliklə təmir etmək mümkün olmayacaq.

Nəşr öz mənbələrinə istinadən yazır ki, Rusiya gəmisi Volqa-Don kanalında yolda olarkən zədələnib. Onun Xəzərdən Azov dənizinə köçürülməsi planlaşdırılırdı.
Patrul gəmisinin hərəkətə gətirildiyi yedək gəmisi onun pər-sükan qrupunun elementlərini zədələyib. Nəticədə sol mil xətti sıradan çıxdı. Bundan əlavə, yedəkləyici sol pərin qanadını əyib.

Rusiya gəmini təmir edə bilməyəcək. Bərpa kifayət qədər uzun çəkəcək, çünki Rusiyada təmir üçün lazım olan ehtiyat hissələri yoxdur. Gəmi çox az xidmət edib - 5 aydan az. Aprelin 21-nə olan məlumata görə, gəmi Rostovun Azov limanında olub.

Bundan əvvəl UNİAN artıq Qara dəniz əməliyyat zonasında düşmənin 20-yə yaxın gəmisi və sualtı qayığının olduğunu bildirib.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26