Interposta.Info

Kim Çen Putinin gəmisini həbs etdi -

Dünya
 16-06-2017, 18:11     567

Şimali Koreya sahil mühafizə xidməti Yapon dənizində üzən Rusiyaya məxsus gəmini həbs edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreyadan Vladivostoka üzən gəmi Racin limanı yaxınlığında saxlanılıb.

Bununla bağlı Rusiyanın Şimali Koreyadakı səfirliyinin mətbuat katibi Denis Samnosov məlumat verib. Onun sözlərinə görə, hadisə ilə əlaqədar dərhal Pxenyan rəhbərliyinə müraciət olunub:

"Hadisədən çox təəcvcübləndik. Gəmi sahildən 50 mil aralıda üzürdü. Pxenyan tərəfi gəminin dövlət sərhədini qanunsuz keçdiyini bildirib. Dənizçilərin dərhal azad edilməsini tələb etdik".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26