Interposta.Info

Dünya tarixinin ən bahalı təyyarədaşıyan gəmisi

Dünya
 2-06-2017, 20:49     1 383

ABŞ dünya nüvə reaktoru ilə işləyən ən müasir “Gerald R.Ford” təyyarədaşıyan gəmisini silahlanmaya qəbul edib.

Avropa.info xəbər verir ki, 38-ci ABŞ prezidentinin adına adlandırılmış yeni gəmi öz sələflərini texniki cəhətdən çox qabaqlayır. O, daha çox təyyarə və silah daşıya bilir, xidmət personal isə daha az hərbçi tələb edir.

Gözlənilir ki, “Gerald R.Ford” bu yay xidmətə başlayacaq. Lakin aktiv istismar 2020-ci ildə nəzərdə tutulur.

ABŞ hərbi donanması 1975-ci ildən bəri ilk dəfədir ki, yeni tipli təyyarədaşıyan gəmi alır. KİV-in məlumatına görə, “Gerald R.Ford” 12,9 milyard dollara başa gəlib. Bu isə onu dünya tarixinin təyyarədaşıyan gəmisi edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26