3 milyon lirəlik 500 illik Qurani-Kərim ələ keçirildi (FOTO)
Türkiyənin Kayseri şəhərinin Dəvəli rayonunda 500 illik, 3 milyon türk lirəsi (təxminən 346 min manat) dəyərində əl yazması olan Qurani–Kərim kitabı ələ keçirilib.
Dəvəli Rayon Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi qrupuna elə bu rayonda yaşayan A.K. adlı şəxsin 3 milyon TL dəyərində olan Qurani-Kərim kitabına müştəri axtardığı məlum olub.
Axtarış tədbirlərinə başlayan polis işçiləri təyin olunan evə əməliyyat təşkil edib. Evdə aparılan axtarış zamanı 2 ədəd 500 illik tarixi olan Qurani-Kərimlə birlikdə tarixi əsər olduğu müəyyən edilən 2 əşya ələ keçirilib. A.K. polis qrupları tərəfindən nəzarətə alınıb./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26