Interposta.Info

Beynəlxalq Valyuta Fondunun yeni bədbin hesabatı: Dünyanı nə gözləyir?

Dünya
 20-04-2022, 15:44     211

Dünya ölkələri iqtisadi geriləmə, qiymət artımları və sosial partlayışlara hazır olmalıdır.

"İnterPosta""The Guardian”a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun Rusiya Ukrayna müharibəsinin təsirlərini qiymətləndirməsi ilə bağlı yeni hesabatında bildirilib.

Fond müharibənin nəticəsi olaraq bütün ölkələrdə iqtisadi artım üzrə proqnozlarını azaldıb.

Qiymətləndirmədə Ukrayna iqtisadiyyatının müstəqillik tarixində ən böyük geriləmə ilə üzləşəcəyi bildirilir. Rusiyanın isə 8.5% geriləmə ilə Sovetlər Birliyinin dağılmasından sonra ən böyük iqtisadi tənəzzüllə üzləşəcəyi qeyd olunur.

"Müharibənin iqtisadi təsirləri zəlzələnin episentrindən yayılan seysmik dalğalar kimi uzağa və geniş formada yayılmaqdadır, - Fondun baş iqtisadçısı Qorinçes deyib. - Bir neçə həftə içində dünya yenidən böyük dönüş yaradan şok yaşadı. Pandemiyadan qaynaqlanan qlobal iqtisadi çöküşdən sonra əsaslı bərpa prosesi üfüqdə görünər-görünməz müharibə əldə edilmiş naliyyətlərin böyük hissəsini silib ata biləcək reallıq yaratdı”.

Fond bu il qlobal iqtisadi artım proqnozunu 4.4%-dən 3.6%-ə endirib.

Hesabatda həmçinin qeyd edilib ki, ərzaq və enerji qiymətlərində artım dünya boyu bir çox ölkələrdə sosial gərginlik riskini artırıb.

"Çətinliklərin uzun siyahısı daha pis nəticələrin qarşısını almaq və hamı üçün iqtisadi perspektivləri artırmaq məqsədilə milli və beynəlxalq səviyyədə əhatəli və razılaşdırılmış siyasi fəaliyyəti gərəkdirir”, - deyə o əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26