Interposta.Info

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozlarını açıqladı

İqtisadiyyat
 12-01-2022, 13:29     329

Bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 3,1 %, gələn il isə 2,7 % artacaq.

Bu barədə Dünya Bankının (WB) açıqladığı "2022-ci ilə dair Qlobal İqtisadi Perspektivlər" hesabatında bildirilib.

Cənubi Qafqazda artımın 2022-ci ildə 3,9 %-ədək, 2023-cü ildə isə 3,6 %-ədək mülayim olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, WB-nin "2021-ci ilə dair Qlobal İqtisadi Perspektivlər” hesabtının iyun sayında Azərbaycan iqtisadiyyatının bu il 3,9 %, gələn il isə 3,4 % artacağını proqnozlaşdırmışdı. Bu isə, yeni proqnozlar ilə müqayisədə müvafiq olaraq 0,8 % və 0,7 % azdır.

"Azərbaycanda artımın proqnozlaşdırılan üfüqdə yavaşlaması gözlənilir, ancaq qeyri-enerji sektorlarında genişlənmə, artan dövlət investisiyaları və OPEC+ kvotası və yüksək təbii qaz istehsalına uyğun olaraq sabit enerji sektorunun artımı ilə dəstəklənən 2010-2019-cu illərin orta tempindən yuxarı qalması proqnozlaşdırılır”, - hesabatda bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26