Interposta.Info

Braziliya fövqəladə vəziyyəti ləğv edir və karnavala hazırlaşır - VİDEO

Dünya
 19-04-2022, 08:50     208

Braziliya fövqəladə vəziyyəti və bununla da 2020-ci ilin əvvəlində tətbiq edilən koronavirus məhdudiyyətlərini ləğv edir.

Qərar səlahiyyətli orqanlar tərəfindən epidemioloji vəziyyətin yaxşılaşması və əhalinin peyvəndlənmə göstəricilərinin yüksək olması ilə əlaqədar qəbul edilib.

Braziliyada pandemiyanın başlanğıcından bəri, təxminən 662,000 insan koronavirusun təsirindən vəfat edib. Ölkə bu göstərici üzrə yalnız ABŞ-dan sonra dünyada ikinci yer tutub.

Koronavirus məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı xəbər samba həvəskarlarını xüsusilə sevindirib. Belə ki, qadağaların ləğvilə ənənəvi Braziliya karnavalının təşkili gündəmə gəlib.

Artıq tədbirin iki böyük şəhərdə - Rio-de-Janeyro və Sao Pauloda keçiriləcəyi təsdiqlənib./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26