Interposta.Info

Ukraynada ölən jurnalistlərin sayı açıqlandı

Dünya
 13-04-2022, 13:04     230

"Rusiyanın fevralın 24-də hərbi müdaxiləsindən indiyədək Ukraynada azı 20 jurnalist öldürülüb”.

"İnterPosta" xəbər verir ki, bunu Ukrayna Milli Jurnalistlər İttifaqı açıqlayıb.

İttifaq məlum olan bütün adları dərc edib və qeyd edib ki, bunlar yalnız Ukrayna Baş Prokurorluğu tərəfindən ölüm xəbəri təsdiqlənən jurnalistlərdir.

Daha bir neçə jurnalist neçə gündür ki, əlaqə yoxdur, onların taleyi ilə bağlı hələlik dəqiq məlumat mövcud deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26