Interposta.Info

BMT ukraynalı məcburi köçkünlərin sayını açıqladı

Dünya
 30-03-2022, 21:17     443

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində ukraynalıların 3,9 milyonu qaçqın, 6,5 milyonu isə məcburi köçkün olub.

"İnterPosta" xəbər verir ki, bu açıqlama ilə BMT-nin baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya BMT-də Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.

BMT rəsmisi əlavə edib ki, martın 27-nə olan məlumatlara görə, hərbi toqquşmalar nəticəsində Ukraynada 99-u uşaq olmaqla, 1 119 nəfər mülki şəxs həyatını itirib.

Ukrayna Baş Prokurorluğunun bu gün yaydığı məlumata görə isə, fevralın 24-dən Rusiyanın Ukraynada başlatdığı müharibədə 145 uşaq ölüb, daha 222 uşaq yaralanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26