Interposta.Info

Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlandı

Dünya
 28-03-2022, 09:07     347

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ukraynada ölən və yaralanan mülki şəxslərin sayını açıqlayıb.

"İnterPosta" xəbər verir ki, qurumun hesabatında Rusiya hücumları nəticəsində indiyədək azı 1119 ukraynalı mülki şəxs öldü, daha 1790 nəfərin yaralandığı bildirilir. Rusiya ordusunun hərəkətləri nəticəsində Ukraynanı 3 milyon 821 min 49 nəfər tərk edib.

Ən çox qaçqını (2267103 nəfər) Polşa qəbul edib. Siyahıda sonrakı yerləri Rumıniya, Moldova, Macarıstan və Slovakiya tutur.

Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) müharibə başlayandan bəri Ukraynada 6,5 ​​milyon insanın məcburi köçkünə çevrildiyini bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26