Interposta.Info

Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlandı

Dünya
 9-03-2022, 09:52     257

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində həlak olan və yaralanan mülki şəxlərin sayı açıqlanıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

Bildirilib ki, müharib başlayandan indiyədək 474 mülki vətəndaş həlak olub, 861 nəfər xəsarət alıb.

Qeyd edilir ki, itkilər daha çox ola bilər. Hadisələrin baş verdiyi yerlərdən gələn bir çox hesabat hələ də əlavə təsdiq tələb edir. Döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat almaq isə gecikir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26