Interposta.Info

Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər açıqlandı - RƏSMİ

Ölkə
 16-11-2020, 13:11     447

Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində 94 nəfər həlak olub, 414 nəfər yaralanıb.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 3410 yaşayış evi yararsız vəziyyətə düşüb.

Həmçinin, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26