Interposta.Info

Ermənilərin təxribatı nəticəsində 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər yaralanıb

Ölkə
 3-11-2020, 13:06     481

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "İnterPosta"ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 461, çoxmənzilli yaşayış binalarının sayı 97, yaşayış evlərinin sayı isə 2 488-dir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26