Interposta.Info

Ermənilər 2 minə yaxın yaşayış evinə ziyan vurdu (RƏSMİ)

Ölkə
 20-10-2020, 12:32     650

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "İnterPosta"ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 61 mülki şəxs qətlə yetirilib, 291 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 382, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 941-dir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26