Interposta.Info

Lavrov: Ukraynadakı “Xüsusi hərbi əməliyyat”ın məqsədi budur

Dünya
 12-04-2022, 14:13     236

Rusiya xarici işlər naziri ölkəsinin Ukrayna müharibəsinə başlamasına dair daha bir "səbəbi” açıqlayıb. O Ukraynaya qarşı hərbi əməliyyatın məqsədinin Amerika və onun kursunun dünya hegemonluğuna doğru düşüncəsiz genişlənməsinə son qoymaq olduğunu bildirib.

Qaynarinfo bu barədə Uawire saytına istinadən xəbər verir.

Lavrov deyib ki, Vaşinqton beynəlxalq hüququ kobud şəkildə pozaraq öz dominantlığını qurur.

O, Ukraynadan Rusiyaya son təzyiq vasitəsi kimi və Rusiyanın Qərbin qurduğu beynəlxalq sistemə tabe etdirilməsi üçün istifadə edildiyini deyib.

"Rusiya, əlbəttə ki, özünün tarixi və ənənələrinə əsasən heç vaxt tabe olan ölkələrdən biri olmayacaq. Biz beynəlxalq aləmin bölünməz təhlükəsizliyinin yalnız bərabər hüquqlu üzvü ola bilərik”, - o bildirib.

Bundan əvvəl isə Kremlin sözcüsu Dmitri Peskov Ukraynaya qarşı hərbi əməliyyatın məqsədinin "Donetks və Luqansk Xalq Respublikalarını” qorumaq olduğunu bildirmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26