Interposta.Info

Böyük Britaniya rus oliqarxlarının yaxtalarının ovuna davam edir

Dünya
 29-03-2022, 20:20     288

Böyük Britaniya hökuməti sanksiya altına düşən rus oliqarxlarının birinə məxsus olduğu iddia edilən yaxtaya əl qoyub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Gələn informasiyalara əsasən, “Phi” isimli, 38 milyon funt dəyərində bu bahalı gəmi Rusiyanın çox böyük oliqarx biznesmenlərindən birinə məxsusdur. Lakin onun adı hələlik açıqlanmır.

58,5 metr uzunluğunda olan yaxta hələ bu ilin mart ayının 13-də yerli hakimiyyətin diqqət mərkəzinə düşüb. Gəmi Karib dənizində yerləşən Sent-Kits və Nevis adlı dövlətdə qeydə alınsa da, Malta bayrağı altında üzür.

Yaxta Hollandiyanın “Royal Huissman” tərsanəsində hazırlanıb. Burada yataq otaqları, qızdırıcı vanna otağı və hovuz da yerləşdirilib.

Bu gün Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının nümayəndələri yaxtanın lövbər saldığı Londonun Kemeri-Uorf biznes rayonuna gedərək onun həbsini elan ediblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26