Interposta.Info

"Ən böyük təhlükə Rusiyadır" - Britaniya

Siyasət
 15-03-2021, 09:40     397

Böyük Britaniya gələn həftə Rusiyanı "ölkənin ən böyük təhlükəsi" adlandıracaq.

Axar.az xəbər verir ki, bu barədə “Sandi Tayms” qəzeti məlumat yayıb.

Məlumata əsasən, sözügedən məsələ Britaniyanın Baş naziri Boris Consonsun çərşənbə axşamı təqdim edəcəyi təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərinin kompleks şəkildə nəzərdən keçirilməsi bəyanatında yer alacaq.

İddiaya görə, Rusiyanın təhlükəli dövlətə çevirilməsi ölkənin Böyük Britaniyanın su və hava məkanına "vaxtaşırı aqressiv müdaxiləsi", həmçinin Moskvanın "Britaniya torpağında dissidentlərin öldürülməsi" məsələsi ilə bağlıdır. Çin isə həmin sənəddə "rəqib" adlandırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26