Interposta.Info

Britaniya qırıcılarına həyəcan verildi –

Dünya
 22-09-2017, 09:44     9 861

Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “Tayfun” qırıcılarına Şimal dənizində hava məkanını pozmuş Rusiya qırıcılarını yaxalamaqla bağlı əmr verilib.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” informasiya yayıb.

Radarlar Şimal dənizində Böyük Britaniyanın hava məkanının pozulması faktını qeydə aldıqdan sonra “Lossimut” aviabazasında yerləşən qırıcılar həyəcan siqnalı ilə havaya qaldırılıb. Rus pilotlar dərhal istiqaməti dəyişərək Britaniya hava sahəsini tərk edib və bununla da onları təqib etmək mümkün olmayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, qırıcılar təhlükəli zonadan uzaqlaşmaq üçün bu manevri yerinə yetirməklə bağlı Litvadan icazə alıblar. Dərhal təhlükə zonasından uzaqlaşan qırıcılar yenidən normal marşrutu ilə hərəkəti davam etdirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26