Interposta.Info

Rusiya ordusu döyüş hazırlığına gətirildi – Həyəcan

Dünya
 28-08-2017, 14:23     10 536

Rusiya ordusunun Cənub Hərbi Dairəsinə aid aviasiya və hava hücumundan müdafiə qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Axar.az xəbər verir ki, bununla bağlı Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov əmr verib.

Rostov və Volqoqrad bölgələrinə, Krasnodar və Stavropol əyalətlərində, Şimali Osetiya-Alaniya və Krım respublikalarına yerləşdirilən hava hücumundan müdafiə qüvvələrinin şəxsi heyəti həyəcan siqnalı ilə qaldırılıb.

Yoxlama zamanı aviatexnika, pilot və mütəxəssislərin döyüş hazırlığı qabiliyyəti yoxlanılıb. Döyüş qabiliyyəti müxtəlif səviyyələrdə taktiki təlimlərin nəticələrinə əsasən qiymətləndiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26