Rus ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Şimali Koreyanın raket sınaqları ilə əlaqədar Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov söyləyib.
O, Rusiyanın öz hava məkanına tam nəzarət etdiyini bildirib.
Qeyd edək ki, ötən gün saat 23:30-da Pxenyan növbəti ballistik raket sınağı keçirib. ABŞ hərbi mənbələri sınağın uğursuz olduğunu açıqlayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26