Interposta.Info

CNN: ABŞ və Fransa Rusiyaya təzyiqi artırmaq barədə razılığa gəldi

 

Dünya
 14-03-2022, 15:20     412

ABŞ prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makron Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə razılaşıblar.

Qaynarinfo bildirir ki, bu barədə CNN telekanalı məlumatlı mənbəyə istinadən xəbər verib.

Ağ Evdən bildirilib ki, telefon danışığı zamanı hər iki lider "son diplomatik təmasları nəzərdən keçirib və Rusiyanın hərəkətlərinə görə məsuliyyət daşımağa, habelə Ukrayna hökumətinə və xalqına dəstək verməyə sadiq olduqlarını vurğulayıblar”.

Öz növbəsində, Yelisey Sarayı Makronun Bayden və Ukrayna prezidenti Vladimir Zelenski ilə atəşkəsə nail olmaq və sülh danışıqlarına başlamaq barədə ayrı-ayrılıqda danışıqlar apardığını bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26