Interposta.Info

Rusiya müharibəyə hər gün gün nə qədər pul xərcləyir? - FANTASTİK MƏBLƏĞ

Dünya
 4-03-2022, 09:40     318

Ukrayna ilə müharibə edən Rusiya hər gün 20 milyard dollar pul xərcləyirlər.

Türkiyəli iqtisadçıların hesablamalarına görə, Rusiyanın ilk 5 gündəki itkisi 7 milyard dollar olub. Təxminən 4,2 milyard dollarlıq texnikanın sıradan çıxarıldığı bildirilir. Hərbi əməliyyatların davam etdiyi coğrafiyanın genişlənməsi xərclərin artmasına səbəb olub. Hazırda gündəlik xərcin 20 milyard dollar civarında olduğu bildirilir.

Rublun dəyəri tarixi səviyyəyə düşüb. Ticarət məhdudiyyətlərinin Rusiyanın iqtisadiyyatına böyük ziyan vuracağı gözlənilir. Həmçinin yüksək texnologiyalı məhsulların idxalına qadağa qoyulmasının orta və uzunmüddətli perspektivdə dəyər zəncirlərinə də təsir edəcəyi vurğulanıb.

Bu vəziyyət Rusiya vətəndaşları üçün yüksək inflyasiya və aşağı alıcılıq qabiliyyəti demək olacaq. Yoxsulluğun artacağı proqnozlaşdırılır./yenisabah.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26