Interposta.Info

Hər turist Türkiyədə 649 dollar xərcləyir

Dünya
 5-11-2019, 17:18     10 367

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2019-cu ilin yanvar-sentyabr ayları üzrə turizm göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, 9 ayda ölkəni ümumilikdə 42 milyona yaxın əcnəbinin ziyarət etdiyi bildirilir.

Hesabata əsasən, xarici turistlər arasında Rusiya vətəndaşları çoxluq təşkil edir. Yanvar-sentyabr aylarında Türkiyəyə 5,9 milyondan çox rusiyalı turist gəlib.

İlk beşlikdə Almaniya (4 milyon nəfər), Böyük Britaniya (2,2 milyon nəfər), Bolqarıstan (2 milyon nəfər) və İran (1,6 milyon nəfər) vətəndaşları da yer alır.

Türkiyə Statistika Qurumunun məlumatına görə, 2019-cu ilin 3-cü rübündə ölkənin turizmdən əldə etdiyi gəlir 14 milyard dollar olub. Daxilolmaların 82%-i xarici qonaqların payına düşüb. Bir turistə düşən orta xərc orta hesabla 649 dollar göstərilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26