Interposta.Info

Ukraynada 2 mindən çox dinc sakin ÖLDÜRÜLDÜ

Dünya
 2-03-2022, 17:23     266

Rusiya ordusunun Ukraynaya hücumu nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, 10 xilasedici öz tapşırıqlarını yerinə yetirərkən həlak olub, 13 nəfər yaralanıb. Həmçinin xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub.

Məlumat üçün bildirilir ki, Ukraynaya bu çətin anlarda qonşu ölkə Polşa kömək edir. Sıx əməkdaşlıq sayəsində polyaklar Ukrayna xilasedicilərinə yeddi ədəd müasir yanğın-xilasetmə texnikası təhvil veriblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26