Interposta.Info

Kiyevə raketlər “yağır”- Paytaxtda həyəcan siqnalı ŞOK GÖRÜNTÜLƏR

Dünya / Manşet
 24-02-2022, 09:57     319

Bu anlarda Ukrayna paytaxtı Kiyevdə davamlı şəkildə tükürpədici həyəcan siqnalı verilir.

Bu barədə "İnterPosta" Ukrayna mediasına istinadən məlumat verir.

Telekanalların yaydığı kadrlardan görünür ki, şəhərdə az da olsa, avtomobillərin hərəkəti nəzərə çarpır.

Prezident Volodimir Zelenski isə xalqa növbəti müraciətində onları evdən çıxmamağa çağırıb. Mülki əhalinin Lvova doğru qaçdığı haqda xəbərlər də var.

Youtube platformasında yayılan görüntülərdən isə aydın olur ki, gecə saatlarında Rusiya ordusu paytaxt Kiyev istiqamətinə də raketlər yağdırıb. Rusiya lideri hədəfin Donbas və Luqans cəbhəsi olduğunu bəyan etsə də, görüntülər paytaxt Kiyevin də təhlükə altında olduğu qənaətini yaradır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26