Interposta.Info

Kremlin qorxunc planı: Donetsk paytaxt elan edilir, Kiyevə isə...

Dünya
 1-03-2017, 07:29     645

Kremlin qorxunc planı: Donetsk paytaxt elan edilir, Kiyevə isə...

Moskva taktikanı dəyişir, Kremlin Ukrayna ilə bağlı iki variantı var.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski bildirib.

"Belə görürəm ki, Moskva Ukrayna ilə münasibətlərində taktikanı açıq şəkildə dəyişdirir. Rusiyanın Ukrayna strategiyası 25 il ərzində ona görə dəyişmədi ki, Ukraynanı tabe etmək, Avropa seçimini bloklamaq əsas hədəf idi. Amma bu hədəfin nailiyyəti üçün vasitələr dəyişirdi. 2014-cü il olaylarından sonra məlum oldu ki, Rusiya Ukrayna ilə tammiqyaslı müharibəyə hazır deyil", - Piontkovski qeyd edib.

O, yaranmış vəziyyətdə Kremlin planında iki variantın mövcud olduğunu söyləyib:

"Öncə yeni subyektlərlə hərbi provokasiyalar üçün nəhəng meydan açılır. Tammiqyaslı müharibə üçün mayor Prilepinin başçılığı ilə Kiyevə yürüş təşkil edilir.

İkinci variant isə bundan ibarətdir ki, Ukraynanın 95 faizi terrorçular və üsyançılar tərəfindən ələ keçirilir və qanunsuz şəkildə onlar tərəfindən nəzarət edilir. Daha sonra Donetsk müvəqqəti paytaxt elan edilir, Yanukoviç prezident, Azarov baş nazir olur. Moskva qeyd edilən variantlar arasında bağlılıq yaratmağa hazırlaşır. Açıq-aydın bu istiqamətdə plan hazırlanır, ancaq konkret detallar hələ də hazırlanmayıb".

Qeyd edək ki, Putinin Yanukoviçi Ukraynada yenidən prezident etmək istəyi ilə bağlı son günlər çoxsaylı xəbər və şərhlər yayılmaqdadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26