Interposta.Info

NATO Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən çıxarmağa çağırdı

 

Dünya
 19-02-2022, 15:11     255

"NATO Rusiyanı Ukrayna ətrafındakı gərginliyin azaldılması istiqamətində əhəmiyyətli addım atmağa və qoşunlarını sərhəddən çıxarmağa çağırır”.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu alyansın Baş katibi Yents Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.

"Rusiyanın Silahlı Qüvvələrini sərhəddən çıxarması böhranın diplomatik yolla həlli istiqamətində ilk və vacib olar. Risklərin azaldılması məqsədilə Rusiyaya görüş təklifimi təkrarlamaq istəyirəm”, - o bildirib.

Baş katib Kremli diplomatiya yolunu seçməyi tövsiyə edib: "Avropada təhlükəsizlik yalnız ABŞ-la əməkdaşlığa əsaslanır. Bunu iki dünya müharibəsi də sübut edib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26