Interposta.Info

Ukraynada kriminal avtoritet stomatoloji kresloda güllələndi

Dünya
 16-02-2022, 09:45     364

Ukraynanın Prikarpatye şəhərinin hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar aləmdə “Suxoy İqor” kimi tanınan kriminal avtoritet İqor Dutkanın qatillərinin axtarışına başlayıb.

Hüquq mühafizə orqanlarından verilən məlumatda qeyd olunur ki, “Suxoy İqor” Yaremçe kurort şəhərində diş həkiminin qəbulunda olarkən güllələnib. O, stomatoloji kresloda can verib.

Qətl barədə polisə birinci məlumat da diş həkimindən daxil olub.

O, izahatında bildirib ki, naməlum şəxs onun stomatoloji kabinetinə daxil olaraq pasiyentə silahdan bir neçə dəfə atəş açıb və dərhal oradan uzaqlaşıb.

Hazırda polis qanlı olayın digər təfərrüatını araşdırır./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26