Interposta.Info

Azərbaycanlı kriminal avtoritet həbsxanada öldü

Ölkə
 26-02-2018, 09:52     9 345

Fevralın 20-də Rusiyanın Tula şəhərində yerləşən həbsxanada kriminal aləmdə "Abbas Tulskiy" adı ilə tanınan Abbasqulu Poladov vəfat edib.

interposta.info
GancaPost-a istinadən xəbər verir ki, Abbas Tulskiy (Gəncinskiy) adı ilə tanınan məşhur gəncəli kriminal avtoritet Abbasqulu Poladovun səhhətində ciddi problemləri olub. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Abbasqulu Poladov 1971-ci il yanvar ayının 21-də Gəncə şəhərində anadan olub. "Abbas Tulskiy"in cənazəsi Gəncəyə gətirilərək doğulduğu şəhərdə torpağa tapşırılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26